Bütün xəbərlər
Şəhid Milli Qəhrəmanın xanımına vəzifə verildi
Tarix: 07-01-2026 23:30 | Bölmə: Sosial

sehid-milli-qehremanin-xanimina-vezife-verildi



Azərbaycanın Milli Qəhrəmanı, Aprel şəhidi polkovnik-leytenant Murad Mirzəyevin xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında yer alıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Agentliyinin Müşahidə Şurasının ötən gün keçirilən iclasında məlumat verilib.
O, qarşıdakı 4 ildə Agentliyin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən il dekabrın 30-u Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibini təsdiq edən Sərəncam imzalayıb.
Şuranın yeni tərkibində yer alan qurumlar arasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi də yer alıb. Fizzə Mirzəyeva da həmin İB-nin üzvü kimi Agentliyin Müşahidə Şurasında təmsil olunur.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşıdır.
Qeyd edək ki, M.Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrupla birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Dövlət başçısının Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.












Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər