12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Zəhərlənən uşaq idmançılara qastroenterit diaqnozu qoyulub
Tarix: 07-01-2026 23:08 | Bölmə: Sosial


Soçinin Lazarevski rayonunun Lu kəndində zəhərlənən uşaqlarda kəskin qastroenterit diaqnozu qoyulub. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernator müavini Aleksandr Rudenko öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, gənc idmançılar yeməkxanada yemək yeyirdilər. Bir anda onlar halsızlıq və ürəkbulanma hiss ediblər, həmçinin temperaturları da yüksəlib.
"İlkin diaqnoz kəskin qastroenteritdir", Rudenko yazıb.
Qubernator müavininin sözlərinə görə, mütəxəssislər 42 nəfəri müayinə ediblər, onlardan 37-si uşaq olub. Qurbanların yerləşdiyi və yemək yediyi yerlərdə epidemioloji araşdırma aparılır.
10-12 yaşlarında bir qrup gənc reqbi və futbolçu məşqçiləri ilə birlikdə 7 yanvar gecəsi zəhərlənib. İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.
Rospotrebnadzorun əvvəllər qeyd etdiyi kimi, bu, kütləvi zəhərlənmə hesab edilə bilməz.Agentlik hesab edir ki, bunlar təcrid olunmuş hallardır.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb