Bütün xəbərlər
İstehsal kompleksində avadanlıqlar yanıb
Tarix: 07-01-2026 22:31 | Bölmə: Sosial

7 yanvar çərşənbə axşamı Moskvanın Budyonnı prospektində yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Mülki Müdafiə, Fövqəladə Hallar və Yanğın Təhlükəsizliyi Departamenti hadisə barədə Telegram kanalında məlumat verib.
Departamentin məlumatına görə, istehsal kompleksindəki avadanlıqlar yanıb.
"7 yanvar saat 18:56-da Budyonnı prospektində yanğın barədə məlumat daxil olub. İstehsal kompleksindəki avadanlıqlar yanırdı", - deyə, açıqlamada bildirilir.
Yanğınsöndürənlər hadisə yerinə gəlib, kəşfiyyat missiyası aparıblar və yanğını söndürməyə başlayıblar.Onlar ərazidə sakinlərin olub-olmadığını yoxlamağa başlayıblar.
Yanğın saat 20:13-də söndürülüb.Xəsarət alanlar barədə məlumat yoxdur.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər