19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
Bütün xəbərlər
Aygün Əliyevaya yeni vəzifə verildi
Tarix: 06-01-2026 18:53 | Bölmə: Sosial

aygun-eliyevaya-yeni-vezife-verildi


Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.
Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.
Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi.



Baxış sayı: 578


Bölməyə aid digər xəbərlər