Bütün xəbərlər
Meşədə itən ata və oğul sağ-salamat tapılıb
Tarix: 31-12-2025 23:33 | Bölmə: Sosial

Leninqrad vilayətindəki meşədə itən ata və oğul sağ-salamat tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə LizaAlert axtarış-xilasetmə qrupunun mətbuat xidməti RİA Novosti-yə məlumat verib.
Kişi və 16 yaşlı oğlan çərşənbə axşamı, 30 dekabr tarixində Lomonosovski rayonunda itləri ilə gəzintiyə çıxarkən itkin düşüblər. Geri qayıtmadıqda qohumları həyəcan siqnalı verib və xilasedicilərdən və könüllülərdən kömək istəyiblər.
"Ata və oğul sağ-salamat tapılıb. Axtarışa on altı qrup, o cümlədən yeddi LizaAlert qrupu və eyni sayda Extremum axtarış-xilasetmə qrupu, iki helikopter və termal görüntüləmə kameraları olan dronlar cəlb edilib", - agentlik bildirib.
Məlum olub ki, ata və oğul azıb və gecəni meşədə keçirməli olublar.
"Onlar itlərin əhatəsində yatıblar və bu, onların soyuqdan sağ çıxmasına kömək etmiş ola bilər", - deyə, dəstənin mətbuat xidməti bildirib.
Onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər