19:13 / 29-12-2025
QIZIL ALMA
Bütün xəbərlər
Miqrantlara taksi və iaşə xidmətində işləmək qadağan ediləcək
Tarix: 29-12-2025 18:31 | Bölmə: Sosial

Kursk vilayətində miqrantlara taksi xidmətləri, iaşə xidməti və kuryer çatdırılması da daxil olmaqla bir neçə sektorda işləmək qadağan ediləcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanı vilayət qubernatoru Aleksandr Xinşteyn imzalayıb və bunu Telegram kanalında açıqlayıb.
Dəyişikliklər 2026-cı ildə qüvvəyə minəcək və patentlə işləyən əcnəbilərə şamil ediləcək.
"Mən miqrantların müəyyən sektorlarda, əsasən insanlarla əlaqəli sektorlarda işləməsini qadağan edən fərman imzaladım.Onlar artıq aşağıdakı xidmətləri göstərən müəssisə və şirkətlərdə işləyə bilməyəcəklər: yük və sərnişin daşınması, o cümlədən taksi xidmətləri, kuryer çatdırılması, iaşə xidməti və işə qəbul", - deyə, qubernator bildirib.
Xinşteyn qeyd edib ki, məhdudiyyətlər qüvvəyə mindikdən sonra işəgötürənlər üç ay ərzində xarici işçiləri işdən çıxarmalıdırlar.
Qubernatorun sözlərinə görə, bu cür tədbirlər bu sektorlarda xidmət səviyyəsini yüksəltməli və Kursk sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməlidir.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər