Bütün xəbərlər
Təhlükəsizlik işçisi lotereyada iki dəfə udub
Tarix: 29-12-2025 13:50 | Bölmə: Sosial

Stoloto RİA Novosti-yə bildirib ki, Tambov vilayətinin sakini iki ay ərzində iki dəfə lotereyada udub və ümumilikdə 70 milyon rubl qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, noyabr ayında həmin şəxs lotereyada 10 milyon rubl, bir ay sonra isə 60 milyon rubl qazanıb.O, hər iki bileti eyni yerdən alıb.
"Mən 2025-ci ildə udmuşam, amma pulu 2026-cı ildə istifadə edə biləcəyəm. İl çox xoş emosiyalarla başlayacaq", - deyə, qalib bildirib.
Milli Lotereya operatorunun məlumatına görə, yanvar-noyabr ayları arasında Rusiyada 883 lotereya milyonçusu peyda olub.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər