12:24 / 03-03-2026
Qızıl tabutda dəfn edilib
Bütün xəbərlər
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Liluaşvili rüşvətxorluğa görə həbs edilib
Tarix: 23-12-2025 14:15 | Bölmə: Sosial

Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili Gürcüstanda həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Giorgi Qvarakidze məlumat verib.
Qvarakidze brifinq zamanı aydınlaşdırıb ki, Liluaşvili hazırda istintaq altında olan bir neçə işdə rüşvət almaqda ittiham olunur.
TASS agentliyi Gürcüstanın baş prokuroruna istinadən bildirib ki, "Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili həbs edilib".
O qeyd edib ki, həbs Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat və istintaq tədbirlərinin nəticəsidir.
Qvarakidzenin sözlərinə görə, Liluaşvili bir qrup şəxs tərəfindən əvvəlcədən külli miqdarda rüşvət almaqda ittiham olunur. O, 11 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşir.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər
16-02-2026, 15:19 10 canavar qeydə alınıb