22:08 / 21-12-2025
Avtomobil yanıb
Bütün xəbərlər
Sabahdan Amnistiya aktının icrası başlanılır
Tarix: 22-12-2025 00:04 | Bölmə: Sosial

               sabahdan-amnistiya-aktinin-icrasi-baslanilir



Sahahdan Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılır.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, sabah səhər saatlarından cəzaçəkmə müəsisəsində saxlanılan məhkumların bir qismi azad ediləcək.
Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir.
Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.
Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.
Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.



Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər