Bütün xəbərlər
Putin Qafqaz xalqlarının erkən evlənmə ənənəsini təriflədi
Tarix: 19-12-2025 18:32 | Bölmə: Sosial

"İlin icmalı" verilişində Rusiya Prezidenti Vladimir Putin Qafqazda geniş yayılmış erkən evlənmə ənənəsini təriflədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu ənənəyə nümunə olaraq Çeçenistan lideri Ramzan Kadırovun ailəsini göstərdi.
"Qafqaz xalqlarının çox yaxşı bir ənənəsi var. Onlar uşaqlarını kifayət qədər erkən yaşda evləndirirlər. Bu, həqiqətən də doğrudur. Biz onların nümunəsini izləməliyik", - deyə, Putin bildirib.
Dövlət başçısı daha əvvəl Rusiyanın 25 bölgəsində artıq müsbət demoqrafik tendensiyanın müşahidə olunduğunu bildirmişdi.Daha əvvəl Putin uşaq sahibi olmağın dəbdə olmasının vacibliyini də qeyd etmişdi.
19 dekabrda Rusiya Prezidenti ənənəsinə uyğun olaraq, böyük mətbuat konfransı ilə "Birbaşa Xətt"i birləşdirən "Vladimir Putinlə İlin icmalı" verilişində ili yekunlaşdırdı. Vətəndaşların sualları ölkənin daxili və xarici siyasətini, xüsusi hərbi əməliyyatı, iqtisadiyyatı, səhiyyəni və sosial dəstəyi əhatə edirdi.
Tədbir Moskva vaxtı ilə saat 12:00-da Qostini Dvorda başladı və təxminən dörd saat yarım davam etdi.Pavel Zarubin və Yekaterina Berezovskaya "Vladimir Putinlə İlin İcmalı" verilişini apardılar.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər