21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
Uşaqların avtomobil oturacağı olmadan daşınmasına görə cərimələr artırılıb
Tarix: 19-12-2025 12:10 | Bölmə: Sosial

Federasiya Şurası avtomobil oturacağı və ya digər məhdudlaşdırıcı sistemi olmayan avtomobildə uşaqların daşınmasına görə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəd Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin üzvləri tərəfindən təqdim edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən yeni düzəlişlərə əsasən, sürücülər üçün cərimə 3000-5000 rubl arasında dəyişəcək. Vəzifəli şəxslər üçün cərimə 25.000–50.000 rubla, hüquqi şəxslər üçün isə 100.000–200.000 rubla qədər artacaq.
Həmçinin, fərdi sahibkar taksi sürücüləri üçün cərimənin vəzifəli şəxslər üçün olduğu kimi 50.000 rubl olacağı da nəzərdə tutulub.
Yazda Rusiya Nəqliyyat Nazirliyi də uşaq avtomobil oturacaqları üçün tələblərin dəqiqləşdirilməsini təklif edib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər