Bütün xəbərlər
Məktəbli fırıldaqçılara 4 milyon rubl gətirdi
Tarix: 08-12-2025 19:15 | Bölmə: Sosial

Rusiya Daxili İşlər Nazirliyinin regional qərargahının məlumatına görə, Krasnodar diyarının Labinsk şəhərindən olan 17 yaşlı yeniyetmə valideynlərinin seyfindən 4 milyon rublu fırıldaqçılara verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, fırıldaqçıların xahişi ilə məktəbli pulu Adıgeyin paytaxtı Maykopa gətirib.
Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin Telegram kanalındakı paylaşımda deyilir: "Saxta FSB əməkdaşlarının təhdidləri altında Labinskdən olan 17 yaşlı məktəbli Maykopa 4 milyon rubl apararaq fırıldaqçıların kuryerlərinə təhvil verib".
Polisin məlumatına görə, oğlan cinayət məsuliyyətinə cəlb olunmaqla hədələnib və video zəng vasitəsilə ona mənzilini göstərməyə razı salınıb. Seyfi görən fırıldaqçılar ona pulu dərhal başqa şəhərə apararaq "yığmağı" tapşırıblar.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər
24-11-2025, 14:16 Yandırılan kənd