Bütün xəbərlər
Rusiyanın ən yaşlı insanı 114 yaşında vəfat edib
Tarix: 01-12-2025 16:18 | Bölmə: Sosial

Rusiyada ömür uzunluğuna görə mütləq rekordçu və Yaroslavl vilayətinin ən yaşlı insanı Klavdiya Qadyuçkina vəfat edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Mixail Evrayev öz Telegram kanalında məlumat verib.
Doğum haqqında şəhadətnamələrdə əks olunduğu kimi, o, 5 dekabr 1910-cu ildə anadan olub. 2025-ci ildə beynəlxalq LongeviQuest təşkilatı onu rəsmi olaraq planetin ən yaşlı beş insanı sırasına daxil edib.
"Klavdiya Mixaylovna İnqilabı, Birinci Dünya Müharibəsini, Böyük Vətən Müharibəsini və dövlətimizin formalaşmasını və transformasiyasını yaşayıb. Belə bir həyatı yaşamaq şansı az adama nəsib olur və yalnız bir neçə nəfər onu ləyaqətlə yaşaya bilir", - deyə, Mixail Evrayev ailəsinə başsağlığı verib.
Qaduçkina iş həyatının çox hissəsini 40 il işlədiyi "Krasnıy Pereval" fabrikində keçirib.
Regional hökumətin Telegram kanalına görə, onun ardınca altı nəvəsi, səkkiz nəticəsi və beş kötücəsi qalıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
24-11-2025, 14:16 Yandırılan kənd