Bütün xəbərlər
Putin partlayıcı qurğunun partlaması nəticəsində barmaqlarını itirən oğlana zəng etdi
Tarix: 28-11-2025 19:30 | Bölmə: Sosial

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətinin Krasnoqorsk şəhərində əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində barmaqlarını itirən 10 yaşlı Qleb Brovara zəng etdi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.
TASS Kremlin sözçüsünün sözlərini təqdim edir.
"Vladimir Putin Qleb Brovara zəng etdi. O, Krasnoqorsk yaxınlığında partlayıcı maddələr olan əskinas götürərkən əllərindən ağır xəsarət alan oğlandır", - deyə, Peskov bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, oğlan 28 noyabr cümə günü xəstəxanadan evə buraxılıb. Peskov Putinin oğlana tezliklə sağalma, can sağlığı və xoşbəxtlik arzuladığını bildirib.
12 noyabrda Krasnoqorskda bir uşağın içərisində bomba olan 10 rublluq əskinas götürdükdən sonra əlindən xəsarət aldığı bildirilib.Yaralı oğlan dörd barmağını itirib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
24-11-2025, 14:16 Yandırılan kənd