14:16 / 24-11-2025
Yandırılan kənd
12:47 / 24-11-2025
Yanğında iki qadın ölüb
Bütün xəbərlər
Yük maşını sürücüsündən 77 kiloqram qara kürü müsadirə edilib
Tarix: 25-11-2025 11:08 | Bölmə: Sosial

Xabarovsk polisi Xantı-Mansiyskdən olan yük maşını sürücüsünün daşıdığı 77 kiloqram qara kürü müsadirə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk özünün Telegram kanalında məlumat verib.
Qeyd olunub ki, dondurulmuş qızılbalıq daşıyan yük maşınında 154 plastik qabda nərə balığı kürüsü tapılıb.
"Xabarovsk diyarı üzrə Rusiya Daxili İşlər Nazirliyinin həmkarlarım qanunsuz dövriyyədən ümumi çəkisi 77 kiloqram olan 154 plastik qabda nərə balığı kürüsü müsadirə ediblər", - deyə, İrina Volk yazıb.
Müstəntiqlərin sözlərinə görə, 46 yaşlı sürücü 10 ildən çoxdur ki, Saxalindən Rusiyanın qərbinə mal daşıyır. Xabarovskın Krasnoflotski rayonunda aparılan axtarış zamanı qanuni yüklərin arasında qanunsuz kürü aşkar edilib. Şübhəli kürünü naməlum şəxsdən 300.000 rubla aldığını izah edib.
Xüsusilə qiymətli su bioloji ehtiyatlarının qanunsuz çıxarılması və ticarəti ilə bağlı cinayət işi açılıb. Şübhəli şəxs məhkəməyə çağırılıb. Müsadirə edilmiş kürü məhkəmə-tibbi ekspertizasına göndərilib. Yük maşını müsadirə edilib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər
Dünən, 14:16 Yandırılan kənd