22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Qadın şahmatçılarımızdan tarixi uğur - Dünya ikinciliyi!
Tarix: 23-11-2025 23:45 | Bölmə: Sosial

qadin-sahmatcilarimizdan-tarixi-ugur


Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.
Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.
Əlavə edək ki, indiyədək kişi və qadın şahmat komandalarımız dünya çempionatında medal qazanmayıb. Bu, tarixi nəticədir.

















Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər