22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Sülhün təşviqinə görə "Emblem Mundus" mükafatını aldı
Tarix: 09-11-2025 22:10 | Bölmə: Sosial

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev sosial mediada millətlər arasında dialoq və sülhün təşviqinə görə "Emblem Mundus" mükafatına layiq görüldüyünü açıqladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, paylaşımında mükafatlandırma mərasiminin Dubayda 4-cü Dubay Opera Balında keçirildiyini aydınlaşdırdı.
O, "Emblem Mundus" mükafatına 4-cü Dubay Opera Balında konstruktiv dialoq, əməkdaşlıq, mədəni körpülər və millətlər arasında sülhün təşviqi səylərinə görə layiq görüldü" deyə, yazıb.
4-cü Dubay Opera Balını M Premiere və Mundus Gala təşkil edir. Müxtəlif sahələrdəki nailiyyətlərə görə mükafatlar onun kənarında təqdim olunur. Əvvəllər "Emblem Mundus" mükafatı avtoidmanların inkişafına verdiyi töhfələrə görə "Vıborq Raketi" ləqəbi ilə tanınan rusiyalı Formula 1 yarış avtomobili sürücüsü Vitali Petrova verilib.
9 noyabrda Ukrayna Dmitriyevə qarşı sanksiyalar tətbiq edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər