Bütün xəbərlər
Dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 03-10-2025 15:32 | Bölmə: Sosial

Rostov-na-Donudakı Aviasiya Alət Təmiri Zavodunun keçmiş rəhbəri Soslan Urumov dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinərək 6 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum olunub. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS xəbər agentliyi Federal Təhlükəsizlik Xidmətinin (FSB) Rostov vilayəti üzrə İdarəsinə istinadən məlumat yayıb.
İş materiallarına görə, Urumov zavodun icraçı direktoru vəzifəsində işləyərkən dövlət müdafiə müqaviləsi ilə hərbi texnikanın təmiri zamanı dövlət vəsaitini mənimsəyib. Zərər 1,5 milyon rubl qiymətləndirilir.
Təqsirləndirilən şəxsin müdafiəsi apelyasiya şikayəti verib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər