Bütün xəbərlər
10 uşaq böyüdən qadın "Qəhrəman ana" titulunu alıb
Tarix: 27-09-2025 16:09 | Bölmə: Sosial

Rusiya prezidenti Vladimir Putin Yamalo-Nenets Muxtar Dairəsinin sakini Anastasiya Xudiyə ən yüksək “Qəhrəman ana” titulunu verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Artyuxov öz Telegram kanalında məlumat verib.
Qadın əri ilə birlikdə on uşaq böyüdüb və hazırda 40 nəvəsi və üç nəticəsi var.
"Qızlarımıza və oğullarımıza gənc yaşlarından bağlılıq, ailə tarixinə və adət-ənənələrinə dəyər vermə, əməyə hörmət öyrədilib", - nəşr yazır.
Qubernatorun sözlərinə görə, uşaqların bəziləri valideynləri kimi köçəri olub, digərləri isə Rusiyanın ən yaxşı universitetlərində diplom alıblar. Artyuxov qadını layiqli mükafatı münasibətilə təbrik etdi.



Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər