Bütün xəbərlər
Konsertdən pulu cibinə qoyan kassir barəsində cinayət işi açılıb
Tarix: 27-09-2025 10:17 | Bölmə: Sosial

Tula vilayətində konsert biletlərinin satışından əldə olunan pulları cibinə qoyan kassir barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volk özünün Telegram kanalında məlumat verib.
Müstəntiqlər təqsirləndirilən şəxsin bütün qanunsuzluq hallarını müəyyən etməyə çalışır.
"DİN-in Tula şəhəri üzrə Sovetski Polis İdarəsinin müstəntiqləri vətəndaşların 22 şikayəti əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 3-cü hissəsi ilə cinayət işi açıblar", - Volk yazıb.
Sentyabrın 26-da kassir cinayətinin üstü açılıb. O, məşhur qrupun konsertinə bəzi biletləri bazaya daxil etmədən satdığına, digərlərini isə rəsmi qeydiyyatdan keçirib, lakin pulu tədbir təşkilatçılarının hesabına yatırmadığına görə tutulub. Onun bu hərəkəti nəticəsində azı 22 tamaşaçı aldadılıb. Bəzi məlumatlara görə, sözügedən konsert “Ruki Vverx!” qrupu haqqında olub.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər