Bütün xəbərlər
Peskov: "Türkiyə Rusiya ilə qazanclı ticarəti davam etdirəcək"
Tarix: 26-09-2025 15:16 | Bölmə: Sosial

Türkiyə iqtisadi cəhətdən sərfəli hesab etdiyi sahələrdə Rusiya ilə ticarət əməkdaşlığını davam etdirəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın Ankaranın Rusiya enerji təchizatından imtina edə biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
Peskov vurğulayıb ki, Türkiyə xarici iqtisadi əməkdaşlığın sahələrini müstəqil müəyyən edən suveren dövlətdir. O, həmçinin “Türk axını” və “Mavi axın” qaz nəqli sistemlərinin normal fəaliyyətini qeyd edib.
“Əgər müəyyən mallarla ticarətin bəzi növləri Türkiyə tərəfindən sərfəli hesab edilərsə, o zaman Türkiyə bunu davam etdirəcək”, - prezidentin mətbuat katibi bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı ona Türkiyənin Rusiyadan neft almasını dayandırmalı olduğunu demişdi.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər