22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
19:41 / 22-11-2026
Almaniya Avropanın hava hücumundan müdafiə sahəsində ABŞ-dan asılı olduğunu etiraf edib
19:36 / 22-11-2026
Böyük Britaniyanın iddialarına görə, Vuçiç Tramp oteli ilə bağlı məmurları "axmaq" adlandırıb
19:32 / 22-11-2026
Böyük bir partiya siqaret qaçaqmalçılığında şübhəli bilinən şəxs həbs edilib
19:29 / 22-11-2026
Jirinovski Rusiya, Çin və ABŞ liderləri arasında görüşü proqnozlaşdırdı
19:26 / 22-11-2026
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19:21 / 22-11-2026
Otellər və suvenir mağazaları yanıb
19:17 / 22-11-2026
Böyük Britaniya bir sıra seçkilərdən sonra Avropa İttifaqı iflic vəziyyətinə düşə bilər, bəyan edib
16:55 / 21-11-2026
Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü qeyd olunub - Fotolar
16:47 / 21-11-2026
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
16:36 / 21-11-2026
Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında mühüm siyasi institut kimi formalaşıb-Könül Nurullayeva
12:27 / 20-11-2026
İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
11:55 / 20-11-2026
İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
11:48 / 20-11-2026
İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
11:33 / 20-11-2026
Ağdamın gələcək inkişafında istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur”-Könül Nurullayeva
11:01 / 20-11-2026
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
18:03 / 19-11-2026
Putin bildirib ki, Avropa İttifaqı və Ukrayna kompromisə hazır deyil
17:54 / 19-11-2026
Putin bildirib ki, BMT-nin işi bugünkü reallıqlara uyğunlaşdırılmalıdır
17:50 / 19-11-2026
Putin beynəlxalq təhlükəsizlikdə Rusiya, ABŞ və Çinin əhəmiyyətini bildirdi
17:45 / 19-11-2026
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
17:42 / 19-11-2026
Putin Çin və ABŞ liderləri ilə görüşlərin davam etməsini istədiyini bildirib
17:35 / 19-11-2026
Tramp Si və Putinlə üçtərəfli görüşdən sonra Çini tərk edir
16:44 / 19-11-2026
Lavrov Putin-Tramp görüşündə və üçtərəfli görüşdə atmosferi qiymətləndirdi
16:28 / 19-11-2026
Putin, Tramp və Si Cinpinq arasında keçirilən görüşdən sonra birgə bəyanat verilməyib
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi 3 illik layihənin yekunu ilə bağlı tədbir keçirdi
Tarix: 23-09-2025 23:45 | Bölmə: Sosial
Sabaha-inamla.az xəbər verir ki, BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin 3 illik icra müddəti başa çatıb.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi görülən işlərlə bağlı yekun hesabatı ictimaiyyətə təqdim edib. Cəmiyyətin sədri Məhluqə Rəhimova çıxış edərək layihənin əsas məqsədi və əhəmiyyəti haqqında məlumat verib.

“Məqsəd Əlilliyi olan qadın və qızların (ƏQQ) dövlət və ictimai xidmətlərə çıxış imkanlarını, bu xidmətlərin keyfiyyətini və inklüzivliyini artırmaqdır. Layihə çərçivəsində əsas diqqət dövlət qulluqçularının peşəkar bacarıqlarının gücləndirilməsinə, icmaların əlilliyi olan qadınların hüquqlarının müdafiəsində fəal iştirakına, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsinə, habelə uzunmüddətli dayanıqlılıq üçün praktik alətlərin, təlimatların və media məhsullarının hazırlanmasına yönəldilmişdir. İcra dövrü ərzində layihə Azərbaycanın bir neçə regionunda minlərlə əlilliyi olan qadın və qızı əhatə etmiş, onların dövlət və ictimai institutlarla münasibətlərində sistemli dəyişikliklərə yol açdı”.
Tədbirdə BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladanka Andreevada iştirak edib. O, maliyyəçi tərəf olaraq layihənin icrasının uğurla tamamlanmasından məmnun olduğunu diqqətə çatıdırıb. Dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Bakı, Gəncə, Quba, Xaçmaz və Qusar şəhərlərində ümumilikdə 692 dövlət qulluqçusu, bələdiyyə nümayəndəsi, müəllim, həkim, sosial işçi və QHT təmsilçisi təlimlərə cəlb olunub. Təlimlərdə etik və peşəkar ünsiyyət, emosional intellekt və stressin idarə olunması, bədən dili və səmərəli danışıq qaydaları, eləcə də münaqişələrin qarşısının alınması mövzuları öyrədilib. Təlim iştirakçıları əldə etdikləri bilik və bacarıqlar sayəsində vətəndaşlarla ünsiyyətdə daha hörmətli, həssas və diskriminasiyasız davranmağı bacardıqlarını qeyd ediblər.

“Məsələn, müəllimlər əlilliyi olan uşaqların təhsil mühitinə inteqrasiyası üçün praktik üsullar öyrənmiş, sosial xidmət işçiləri isə empatik ünsiyyət və stressin azaldılması texnikaları ilə tanış olublar. Nəticədə 295 vəzifəli şəxs peşəkar bacarıqlarının yaxşılaşdığını təsdiqləyib, 1,610-dan çox əlilliyi olan qadın və qız isə göstərilən xidmətlərin keyfiyyətindən birbaşa faydalanmışdır. Qrup təlimləri ilə yanaşı, fərdi və qrup məsləhətləşmələri də təşkil edilib. 50-dən artıq belə sessiya keçirilib, burada müştərilərlə çətin vəziyyətlərin idarə olunması, vaxtın düzgün bölüşdürülməsi, peşə yanmasının qarşısının alınması və empatiya qurma üsulları üzrə praktiki dəstək göstərilibdir. Bu məsləhətləşmələr sayəsində müəllimlər və sosial işçilər fərdi situasiyalarda öz fəaliyyətlərini necə təkmilləşdirə biləcəklərini öyrənmiş, bu da onların peşəkar inamını artırmışdır. Layihənin digər mühüm istiqaməti dəyirmi masalar və çoxtərəfli əməkdaşlıq platformaları olub”. Beləki, 2022–2025-ci illər ərzində Bakı, Gəncə və Qubada 9 belə tədbir keçirilmiş, hər birində 30–50 nəfər dövlət qurumları, yerli icra hakimiyyətləri, QHT-lər, özəl sektor nümayəndələri və əlilliyi olan qadınlar iştirak edib. Bu görüşlərdə əlilliyi olan qadın və qızlara qarşı zorakılığın və diskriminasiyanın azaldılması, xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması müzakirə olunub. İlk dəfə olaraq əlilliyi olan qadınlar dövlət qurumlarının nümayəndələri ilə eyni masa arxasında öz ehtiyac və problemlərini birbaşa çatdırmaq imkanı qazanıblar. Bu dialoqlar nəticəsində regionlarda Koordinasiya Şuraları yaradılıb, 35-dən çox dövlət və yerli qurum bu işə cəlb olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyətləri ilə birgə hazırlanan təkliflər reabilitasiya avadanlıqlarına çıxışın artırılması və məşğulluq xidmətlərinin genişləndirilməsi kimi real nəticələr verib.

Tədbirdə layihənin təlimçisi İradə Rizazadə çıxış edib. O, bildirib ki, icma səfərbərliyi də layihənin əsas istiqamətlərindən biri olub. “Bakı, Gəncə, Quba, Xaçmaz və Qusarda, ümumilikdə 26 seminar keçirilib, 737-dən çox qadın və qız, onların ailə üzvləri və icma liderləri iştirak edib. Seminarlar zamanı əlillik hüquqları, yanlış stereotiplər, məişət və ictimai zorakılığın qarşısının alınması, ailə dəstəyinin gücləndirilməsi və yerli təşəbbüs qruplarının yaradılması mövzularında maarifləndirmə aparılıb. Bu tədbirlər nəticəsində əlilliyi olan qadınların diskriminasiyaya dair hekayələri ictimaiyyətlə bölüşülüb, icma üzvləri isə dəstək göstərmək öhdəliyi götürüblər. Nəticədə yaradılan Koordinasiya Şuraları icma səviyyəsində davamlı advokasiya strukturlarına çevrilibdir. Bu fəaliyyətlərin təsiri olaraq 4,300-dən çox qadın və qız ictimaiyyətin onlara münasibətində müsbət dəyişikliklərin baş verdiyini
bildirib”.

Layihə çərçivəsində media və maarifləndirmə fəaliyyətləri də geniş yer alıb. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Elnarə Dərziyeva məluat verib. O, bildirib ki, bu 3il müddətində 288 media məhsulu hazırlanıb, üç televiziya proqramı ölkə üzrə təqribən 19,500 tamaşaçıya çatdırılıb. Bundan əlavə, jurnalistlər üçün etik yanaşmalar üzrə təlimlər keçirilib, nəticədə əlillik mövzularının işıqlandırılmasında hörmət və həssaslıq prinsiplərinə daha çox riayət olunub. Bu işlər ictimaiyyətin əlillik mövzusunda maariflənməsinə və mənfi stereotiplərin azaldılmasına xidmət edib. Dövlət xidmətlərindən istifadəni asanlaşdırmaq üçün praktiki kitabça
və video-təlimat hazırlanıb.

Layihənin digər təlimçisi Günel İbrahim isə qeyd edib ki, əlilliyi olan qadınlarla etik ünsiyyətə dair Təlimat Sənədi hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Dörd təşkilat artıq bu təlimatları öz daxili fəaliyyətinə tətbiq etmişdir. İlk dəfə olaraq Azərbaycanda dövlət qurumlarında əlilliyi olan şəxslərlə ünsiyyət üzrə formal standartların
tətbiqi prosesi başlayıb.

Layihə çərçivəsində, ümumilikdə, 1,610 qadın və qız dövlət xidmətlərindən daha keyfiyyətli faydalanıb, onların 65 faizi xidmət işçilərinin münasibətində müsbət dəyişikliklər olduğunu bildirib. Layihədən birbaşa 33 təşkilat faydalanıb, 692 dövlət qulluqçusu təlimlərdə iştirak edib, onlardan 295 nəfəri peşəkar bacarıqlarının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyib. İcma səviyyəsində 4,300 qadın və qız cəmiyyətdə özlərinə münasibətin yaxşılaşdığını qeyd edib. Bundan əlavə, əlilliyi olan qadınlardan 690 müraciət dövlət xidmətlərinə yönləndilib ki, bu da onların artan inam və fəallığının göstəricisidir. Media fəaliyyəti nəticəsində 19,500 vətəndaş layihənin fəaliyyətləri sahəsində maarifləndirilib. Ən əsası isə, dövlət qurumları artıq yeni etik ünsiyyət təlimatlarını tətbiq etməyə başlamış və DWSA ilə əməkdaşlığı gücləndirdi.
Çıxış edənlər donorların, beynəlxalq təşkilatların və dövlət qurumlarının davamlı dəstəyi ilə bu modelin ölkə üzrə genişləndirilməsi, bərabərlik, ləyaqət və sosial ədalətin daha da möhkəmləndirilməsi mümkün olacağını vurğuladılar.
Sonda layihənini 36 aylıq icra müddətində dəstəyini əsirgəməyən əlaqədar qurumların əməkdaşlarına, nazirliklər və agenliklərə, icra hakimiyyətlərinı və media nümayəndələrinə təşəkkürnamələr təqdim olundu.
Ümumilikdə, layihənin nəticələri göstərdi ki, inklüziv xidmətlərin təşkili, güclü institusional əməkdaşlıq və fəal icmalar əlilliyi olan qadın və qızların həyatını köklü şəkildə dəyişdirə bilər. Bu təşəbbüs Azərbaycanda ictimai xidmətlərin daha əlçatan, hörmətli və effektiv olması üçün əsaslı zəmin yaratdı.
Qeyd edək ki, Sabaha-inamla.az xəbər portalının baş redaktoru Məmmədov Namiq Məmməd oğluna da "Təşəkkürnamə" təqdim olunub.

Baxış sayı: 620
Bölməyə aid digər xəbərlər

Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb
25-10-2026, 09:55
BƏƏ-də OBS Qlobal ikinci günü
24-10-2026, 09:57
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
22-10-2026, 16:42
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
22-10-2026, 16:38
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
19-10-2026, 18:30
Tuvada ayılar səbəbindən ikinci növbə dərsləri 30 dəqiqəyə endirilib
18-10-2026, 21:52
SHOT: Tatarıstanda zəhərli gürzə sürünərək yaşayış binasına girdi