Bütün xəbərlər
Bu yay Avropada 24,000-dən çox insan həddindən artıq istilərdən ölüb
Tarix: 17-09-2025 11:29 | Bölmə: Sosial

Anormal yüksək istilər bu yay Avropa şəhərlərində 24 mindən çox insanın ölümünə səbəb olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS London İmperial Kollecinin bir qrup epidemioloq və
 klimatoloqunun tədqiqatının nəticələrinə istinadən məlumat yayıb.
Alimlər Avropanın 854 böyük şəhərində ölüm nisbətini təhlil ediblər. Bu məlumatlara əsasən, iyun-avqust ayları ərzində Avropada həddindən artıq isti hava səbəbindən 24,4 minə yaxın ölüm halı qeydə alınıb. Eyni zamanda temperaturun artması ən çox yaşlılara təsir edib. Belə ki, dünyasını dəyişənlərin 85 faizi 65 yaşdan yuxarı, 41 faizi isə 85 yaşdan yuxarı insanlar olub.
Eyni zamanda, təxminən 16,5 min ölüm istixana qazları emissiyaları səbəbindən artan temperaturla əlaqələndirildi. London İmperial Kollecinin iqlimşünası Friederike Otto vurğuladı ki, yanacaq qalıqları, temperaturun artması və ölüm halları arasında səbəb-nəticə əlaqəsi danılmazdır.
İyul ayında Paris bölgəsi də daxil olmaqla 16 mərkəzi departament qırmızı hava xəbərdarlığı altında idi. 68 departamentdə narıncı xəbərdarlıq qüvvədə olub. Ölkənin əksər rayonlarında havanın temperaturu 34 dərəcədən yuxarı qalxıb, bəzi ərazilərdə isə 38-41 dərəcəyə çatıb. Fransada istilər səbəbindən 2200 məktəb bağlanıb, Eyfel qülləsinin yuxarı platforması turistləri qəbul etməyi dayandırıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər