Bütün xəbərlər
19 yaşlı qızın əməliyyatdan sonra ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 16-09-2025 17:24 | Bölmə: Sosial

İstintaq Komitəsi Dağıstanın Karabudaxkənd rayonunda xəstəxanada 19 yaşlı xəstənin ölümündən sonra cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Rusiya Federasiyasının respublika üzrə İstintaq Komitəsinə istinadən məlumat yayıb. Qeyd olunur ki, qız sentyabrın 9-da öd kisəsindəki daşların çıxarılması əməliyyatından sonra dünyasını dəyişib. Dağıstan Telegram kanallarının məlumatına görə, mərhumun yaxınları həkimləri səhlənkarlıqda ittiham edərək, guya toya tələsdiklərini və əməliyyatdan sonra onun vəziyyətinə nəzarət etmədiklərini iddia edirlər. Mərhumun arxasında 11 aylıq qızı qalıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 2-ci hissəsi ("Peşəkar vəzifələrini lazımınca yerinə yetirmədikdə ehtiyatsızlıqdan ölümə səbəb olma") ilə cinayət işi açılıb.
Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Bütün lazımi tibbi sənədlər götürülüb.

İstintaq davam edir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər