Bütün xəbərlər
Lukaşenko Minsk sakinləri ilə görüşündə kartofu sevdiyini etiraf edib
Tarix: 12-09-2025 16:23 | Bölmə: Sosial

Belarus prezidenti Aleksandr Lukaşenko Minsk sakinləri ilə görüşündə kartofu çox sevdiyini etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini BELTA xəbər agentliyi sitat gətirir.
Yenidən qurulan Loşitski kompleksinin açılışında Minsk sakinləri ilə görüşdə Belarus prezidenti yerli rəssamın rəsm əsərini hədiyyə edib. Cavabında Lukaşenko ona şirniyyat verib və bir kisə kartof da göndərəcəyini vəd edib.
Eyni zamanda o, qızdan kartofu bəyənib-bəyənmədiyini soruşub və müsbət cavab aldıqdan sonra özü etiraf etmək qərarına gəlib.
"Mən onları çox sevirəm. Dünən günah işlətdim, yedim", - Lukaşenko deyib.
Prezident rəssamın hədiyyə etdiyi tablonu Müstəqillik Sarayında yerləşdirəcəyinə söz verib.
Belarus lideri daha əvvəl bildirmişdi ki, ölkədə təkcə əhalinin ehtiyacları üçün deyil, həm də ixrac üçün kifayət qədər kartof var.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər