Bütün xəbərlər
“Müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır”
Tarix: 11-09-2025 12:24 | Bölmə: Sosial

              muellim-sagirde-seiri-ezberletmekle-onu-emek-bazarina-hazirlamir


“Biz demirik ki, “Dərsə gedən bir uşaq” şeiri olmasın, biz deyirik ki, oxuyub-anlamanı inkişaf etdirmək lazımdır”.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir:“10 şeir əzbərləmək təbii ki, vacibdir, bunu bilməliyik. Amma müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır. Oxuyub-anlama mütləq inkişaf etməlidir. Fokusumuzu dəyişməliyik. Sinif otağında müəllim ənənəni davam etdirir. Onu da qınamırıq, çünki həmin müəllimə də o cür öyrədilib. Bu, ən asanıdır”.



Baxış sayı: 1 131


Bölməyə aid digər xəbərlər