Bütün xəbərlər
Aksyonov Tayqan Safari Parkının sahibini xilas edənləri medallarla təltif edib
Tarix: 15-08-2025 20:35 | Bölmə: Sosial

Krımın rəhbəri Sergey Aksyonov şirin hücumu zamanı Tayqan Safari Parkının direktoru Oleq Zubkovu xilas edən Tatyana Aleksagina və Aleksey Danilovu "Cəsarət və şücaətə görə" medalları ilə təltif edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam respublika hökumətinin saytında dərc olunub.
Zubkovun köməyinə ilk olaraq parkda işləyən Aleksagina gəlib.Turist Aleksey Danilov ona aslanı qovmağa kömək edib, hasara tullanıb və yaralı Zubkovu maşına sürükləyib.
İyun ayında zooparkın açıq hissəsində Zubkov şirin hücumuna məruz qalıb. Rusiya Federasiyasının İstintaq Komitəsi əməyin mühafizəsi tələblərinin pozulması faktı ilə bağlı cinayət işi açıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər