Bütün xəbərlər
Əcnəbilərə kuryer işləmək qadağan olunacaq
Tarix: 11-08-2025 20:38 | Bölmə: Sosial

Sankt-Peterburqda patent əsasında işləyən miqrantlara çatdırılma sektorunda işləmək qadağan ediləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncamı şəhər qubernatoru Aleksandr Beqlov imzalayıb.
Sankt-Peterburq hökumətinin informasiya departamentinin verdiyi məlumata görə, çatdırılma sektoru inkişaf edir və genişlənir, nəzarətsiz və qeyri-rəsmi məşğulluğun əhəmiyyətli həcmini yaradır.
Bu qadağa çatdırılma sektorunda xidmətlərin keyfiyyətini və təhlükəsizliyini artıracaq. Ruslar üçün iş yerlərinin sayı da artacaq.
"Statistikaya görə, xarici kuryerlər sektorda işləyənlərin ümumi sayının cüzi bir hissəsini təşkil edir, ona görə də bu tədbir çatdırılma bazarının sabitliyinə təsir göstərməyəcək", - hesabatda deyilir.
Bundan əvvəl məlum olub ki, Sankt-Peterburqda patenti olan miqrantlara taksi sürücüsü işləmək qadağan edilib.



Baxış sayı: 315


Bölməyə aid digər xəbərlər