01:39 / 29-09-2026
37 yaşlı yeni başçının - Dosyesi
01:34 / 29-09-2026
Yeni təyin olunan icra başçısı onun müavini imiş
21:49 / 28-09-2026
Fransada şirin suda yaşayan bir mosasaur aşkar edilib
21:46 / 28-09-2026
Dodik Rusiyaya səfəri zamanı Putinlə görüşməyə ümid edir
21:43 / 28-09-2026
Finlandiyanın NATO-ya daxil olmasını tənqid etdi
21:41 / 28-09-2026
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
21:02 / 28-09-2026
WSJ: Kanada Trampa görə enerji nəhəngi ola bilər
20:59 / 28-09-2026
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
20:56 / 28-09-2026
Venesueladan ABŞ-a ixrac edilən qızıl alıcı tapa bilmir
20:50 / 28-09-2026
Yəmən husilərlə mübarizə üçün ümumi səfərbərlik elan etdi
20:45 / 28-09-2026
Rusiyalı millət vəkili AB müdafiə nazirlərinin görüşü ilə bağlı şərh verdi
20:42 / 28-09-2026
Terrorizmdə ittiham olunan keçmiş model Xodorkovskinin qızından vəsait alıb
17:55 / 28-09-2026
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
17:46 / 28-09-2026
FSB: Britaniyada yaradılan RDS Rusiyada hakimiyyəti ələ keçirmək istəyənlər tərəfindən istifadə olunur
17:43 / 28-09-2026
AB-nin ən dəyərli şirkətinin baş direktoru: "Həddindən artıq məhdudiyyətlər ümidsizliyə səbəb olur"
17:39 / 28-09-2026
Çində keçirilən tennis turnirinin finalına vəsiqə qazandı
17:34 / 28-09-2026
Ukrayna Baş naziri ölkənin internet xidmətindən məhrum edilə biləcəyini etiraf etdi
17:29 / 28-09-2026
Ekspert: "Ukraynanın çökən iqtisadiyyatı Qərbə getdikcə daha çox xərc çəkir"
17:25 / 28-09-2026
Səudiyyə Ərəbistanı pilotsuz təyyarə hücumlarından sonra boru kəməri vasitəsilə neft ixracını bərpa etdi
16:47 / 28-09-2026
Almaniya xarici işlər naziri Kallasa Lavrovla danışıqlarının nəticələri barədə məlumat verib
16:43 / 28-09-2026
Üç xəstə və bir mühafizəçi dron hücumunda yaralanıb
16:40 / 28-09-2026
Usmanov və Fridman Litvada arzuolunmaz şəxslər elan edilib
16:35 / 28-09-2026
2100 il əvvəl batan gəminin yerində minlərlə boşqab və qab tapılıb
16:31 / 28-09-2026
AB Ukraynadakı hərbi missiyasını 2028-ci ilə qədər uzadıb
22:22 / 27-09-2026
Zaxarova Uspenskaya ilə Reznik arasındakı barışığa öz rolundan danışdı
22:19 / 27-09-2026
Vuçiç Serbiyadakı uğursuz "rəngli inqilab"ın əsl səbəblərini açıqladı
22:15 / 27-09-2026
İnsanlar üçün təhlükə yaradan dörd ayı məhv edilib
22:10 / 27-09-2026
Çaydan kişi cəsədi tapılıb
22:07 / 27-09-2026
Əlil arabasında olan qadına bara giriş icazəsi verilməyib
21:28 / 27-09-2026
Evin həyətində atəş açmaqda şübhəli bilinən kişilər saxlanılıb
21:24 / 27-09-2026
Yanğında üç nəfər həlak olub
21:22 / 27-09-2026
Zaxarova Lavrovun BMT Baş Assambleyasındakı görüşlərinin sayından danışdı
21:19 / 27-09-2026
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
21:15 / 27-09-2026
Turist itkin düşüb
21:08 / 27-09-2026
Ana ayı və balaları yay bağçası icmasına gəldilər
21:06 / 27-09-2026
AB nazirləri miqrantlarla birgə mübarizə aparmaq barədə razılığa gəliblər
21:02 / 27-09-2026
27 heyvanın xilas edildiyi böyük yanğın söndürülüb
21:00 / 27-09-2026
Kardinal Zuppinin səfəri Rusiyaya necə kömək edəcək
Azərbaycan dilinə verilən davamlı dövlət qayğısı- Zenfira Nurullayeva
Tarix: 02-08-2025 13:17 | Bölmə: Sosial

1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə verilən yüksək dəyərin bariz nümunəsidir
Azərbaycan dili – tariximizin, mədəniyyətimizin, milli şüurumuzun əsası və xalqımızın mənəvi varlığının ayrılmaz hissəsidir. Minilliklər boyu formalaşaraq bu günə qədər gələn ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu səbəbdən, onun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 20-ci əsrin sonları və 21-ci əsrin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də mədəni baxımdan mühüm mərhələlərdən biri idi. SSRİ-nin süqutundan sonra ölkəmiz öz müstəqilliyini bərpa etdi və bununla paralel olaraq milli-mənəvi dəyərlərin, o cümlədən dövlət dilinin qorunması məsələsi daha da aktuallaşdı. Məhz bu mərhələdə Azərbaycan dilinin dövlət statusunun möhkəmləndirilməsi və ümummilli səviyyədə dəyərləndirilməsi zərurəti ortaya çıxdı.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı bu istiqamətdə mühüm tarixi hadisə oldu. Fərmana əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu qərar təkcə bir tarix təyini deyil, həm də ana dilimizin ictimai-siyasi və mənəvi həyatımızdakı yerinin rəsmi şəkildə tanınması idi. Həmçinin bu tarixi qərar milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dili xalqımızın kimliyinin, milli ruhunun və tarixi yaddaşının daşıyıcısıdır. Qloballaşma dövründə dilimizin saflığının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələsində Ulu Öndərin gördüyü işlər və göstərdiyi prinsipial mövqe xalqımız üçün əvəzolunmaz töhfələrdən biridir. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunda möhkəmlənməsinə, onun tədrisinin genişlənməsinə və beynəlxalq aləmdə tanıdılmasına daim xüsusi diqqət göstərmişdir. Bu istiqamətdə atılan hər bir addım dilimizin qüdrətini və xalqımızın milli mənsubiyyətini daha da möhkəmləndirmişdir. Ümummilli lder Heydər Əliyev demişdir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb”.
Ulu Öndər Heydər Əliyev dil məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşmış, onu milli dövlət quruculuğunun əsas sütunlarından biri hesab etmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan əlavə, latın qrafikalı Azərbaycan əlifbasına keçid də məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Bu keçid milli mədəniyyətimizin müasir dövrdə beynəlxalq inteqrasiya prosesinə uyğunlaşdırılmasına şərait yaratdı.
Qloballaşmanın sürətlə artdığı müasir dünyada bir çox kiçik xalqların və dillərin assimilyasiyaya uğraması reallıqdır. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişafı yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, onun elmi, texniki və rəqəmsal sahələrdə istifadəsinin təmin olunması, ədəbi dil normalarının qorunması bu sahədə əsas hədəflərdən biridir. Hazırda Azərbaycan dili təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımız üçün də ana dili funksiyasını daşıyır. Diaspor təşkilatları, mədəniyyət mərkəzləri və təhsil ocaqları vasitəsilə Azərbaycan dili təbliğ olunur və gələcək nəsillərə ötürülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev Azərbaycan dili haqqında demişdir: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur”.
Ölkə başçısının Azərbaycan dili ilə bağlı imzaladığı sərəncamlar və sonrakı illərdə reallaşdırılan layihələr ana dilimizin gələcək nəsillərə təmiz, zəngin və müasir tələblərə cavab verən şəkildə çatdırılmasına xidmət edir. Xüsusən müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Medianın İnkişafı Agentliyi və digər qurumlar tərəfindən dilin inkişafına dair müxtəlif elmi-praktik tədbirlər həyata keçirilir, ədəbi dilin norma və qaydaları təbliğ olunur.
1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, dilimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu gün, eyni zamanda, hər bir azərbaycanlının ana dilinə olan sevgisinin, hörmətinin və məsuliyyətinin təcəssümüdür. Dilimizi yaşatmaq, onu inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək həm vətəndaşlıq borcumuz, həm də milli kimliyimizi qorumağın ən vacib yollarından biridir.
Ulu Öndər Heydər Əliyevin dövlət dili uğrunda apardığı mübarizə milli ideologiyanın əsas dayaqlarından birinə çevrilmişdir. Onun ana dilinə olan sevgisi, bu dilin hüquqlarının qorunması və inkişafı istiqamətində atdığı cəsarətli addımlar sayəsində bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, həm də xalqımızın milli kimliyinin rəmzinə çevrilmişdir. Bu mübarizə Ulu Öndərin tarixi irsinin ən şərəfli səhifələrindən biri olaraq daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Nurullayeva Zenfira İslam qızı,
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Baxış sayı: 483
Bölməyə aid digər xəbərlər

Bu gün, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi
8-09-2026, 14:19
Hər hansı bir problemi qaynar xəttə bildirə biləcəklər
7-09-2026, 20:14
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 16:37
Alimlər Günəş plazma buludlarının Yer kürəsinə mümkün təsirləri barədə xəbərdarlıq edirlər
7-09-2026, 16:27
Putin Qroznı dəmir yolu stansiyasına Kadırovun adının verilməsi haqqında fərman imzaladı
7-09-2026, 16:10
Lavrov bildirib ki, Rusiya dollardan istifadəyə qarşı deyil
6-09-2026, 20:12
150-dən çox insan keçiddə qatarla yük maşınının toqquşmasının nəticələrinin aradan qaldırılması üzərində işləyir
3-09-2026, 18:25
Təyyarə tualetlərin sıradan çıxması səbəbindən təcili eniş etdi
3-09-2026, 18:13
Almaniya Xarici İşlər Nazirliyi Rusiyadakı Höte İnstitutunun bağlanmasından təəssüfləndiyini bildirdi
3-09-2026, 17:54
Xəsarət alan tələbəyə tibbi yardımın göstərilməsini izləyir
3-09-2026, 13:13
Ayı hücumundan möcüzəvi şəkildə xilas olub
3-09-2026, 13:10
Putin pələnglə görüşünü bəyan edib
1-09-2026, 22:06
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
1-09-2026, 20:10
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi