Bütün xəbərlər
Kazanda təxminən 1,3 milyard rubla Zagitova Fiqurlu Konkisürmə Mərkəzi tikiləcək
Tarix: 01-08-2025 17:02 | Bölmə: Sosial

Kazanda Olimpiya çempionu Alina Zagitova adına Fiqurlu Konkisürmə Mərkəzinin tikintisinə 1,29 milyard rubl ayırmağı planlaşdırırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə məlumat Dövlət Satınalmaları saytında yerləşdirilib.
Sənədlərə əsasən, mərkəzdə idman və məşq meydançaları, buz arenası, tamaşaçı tribunaları, idman zalları, akrobatika və xoreoqrafiya zalı olacaq. Konki icarəsi təşkil olunacaq.
Mərkəz layihəsi iyun ayında obyektin dəyəri aşağı salındıqdan sonra tikintiyə icazə alıb.
Sayt yazır ki, müqavilənin müddəti 1 dekabr 2026-cı ildir. Maliyyə mənbəyi Tatarıstan büdcəsidir.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər