15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Yanan mənzildə miqrantlar üçün 17 yataq yeri tapılıb
Tarix: 23-07-2025 11:30 | Bölmə: Sosial

Moskva üzrə İstintaq Komitəsi Mıtnaya küçəsindəki evdə bir nəfərin ölməsi, 9 nəfərin yaralanması ilə nəticələnən yanğınla bağlı “Səhlənkarlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi özünün Telegram kanalında ilkin məlumat yayıb ki, xarici vətəndaşların qeyri-qanuni yaşaması məqsədilə yaşayış binaları iki mərtəbəli çarpayılarla təchiz edilib.
"Ümumilikdə, mənzildə ən azı 17 yataq yeri var", - nəşr yazır.
Müstəntiqlər əmin ediblər ki, yanğın təhlükəsizliyi tələblərinə və Rusiyanın miqrasiya qanunvericiliyinə əməl etmək üçün vəzifəli şəxslərin və mənzil sahibinin hərəkət və ya hərəkətsizliyinə hərtərəfli hüquqi qiymət veriləcək.
İdarədən əlavə ediblər ki, yanğının baş verməsi üçün bütün şərait və səbəbləri müəyyən etmək üçün zəruri ekspertizalar təyin edilib.
İyulun 23-nə keçən gecə Moskvanın Mıtnaya küçəsindəki 4 mərtəbəli binada başlayan yanğın iki mənzili əhatə edib.
Daha əvvəl bildirilib ki, yanğınsöndürənlər iki nəfəri xilas edə bilib, üç nəfər 4-cü mərtəbənin pəncərəsindən atılıb. Binadan 15 nəfər təxliyə edilib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər