Bütün xəbərlər
Bakıda BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə təlim təşkil olunub
Tarix: 18-09-2024 21:39 | Bölmə: Sosial



Sabaha-inamla.az xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində dövlət qurumlarına növbəti təlim təşkil olundu.



Layihənin məqsədi yoxsul ailələrdən o cümlədən qaçqın, məcburi köçkün əlilliyi olan qadın və qızlar üçün ictimai xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaqdır.
Peşəkar təlimçi Günel İbrahim təlimin keçirilmə məqsədini belə izah edib: “Məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatların iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
Təlim aşağıdakı sahələri əhatə edib:
Birgə yaşamaq mədəniyyəti ;
Etik davranıış qaydaları;
Əlilliyi olan qadınlarla davranış etikası;
Öhdəliklərimiz;
Beyin kodları,
İctimaiyyətin vəzifəsi,
Təlimdə slayd üzərindən təqdimatlar hazırlanıb, problemlərin qoyulması, insan fizanomiyasında kodlar, yanaşma və ünsiyyət yollarının təsviri, nitq üslubu, beynəlxalq müraciət formaları öyrədilib. Əlilliyi olan qadınların özəlliyi və statistikada olan göstəricilərin dəyişməsi üçün atılacaq addımlar

 müzakirə edilib.



Öyrədilən materialların aşılanma səviyyəsini ölçmək məqsədi ilə başlanğıc və sonda test sualar paylanılmışdır. Təlim sonunda konsultasiya yazılanların qeydiyyatə aparılmışdır. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Təlimdə 33 nəfər iştirak edib.

  


Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.
     The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.
Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
 



Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib