Bütün xəbərlər
Yeni doğulan qızını yarım milyona satıb
Tarix: 14-04-2025 23:17 | Bölmə: Sosial

Mahaçqalada biri yeni doğulmuş qızını digərinə 500 min rubla satan iki qadın saxlanılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dağıstan Daxili İşlər Nazirliyinin Teleqram kanalında xəbər verildiyi kimi, respublika paytaxtının 26 yaşlı sakini şəhərin doğum evlərindən birində qız uşağı dünyaya gətirib və ötən il dekabrın 31-də evə buraxılan kimi yeni doğulmuş körpəni 40 yaşlı şəhər sakininə satıb.
Hər iki qadın cinayəti etiraf edib. Bu faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsləri on ilədək həbs cəzası gözləyə bilər.
İşin istintaqı və müəyyən edilmiş hallar barədə hesabatı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin tələb edib.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib