Bütün xəbərlər
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi uğurlu layihəsinin dəstəyi ilə növbəti seminarını Bakıda təşkil edib
Tarix: 03-02-2025 20:08 | Bölmə: Sosial


Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” 

layihəsinin icrasını uğurla davam etdirir.

 

Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən əlilliyi olan qadın və qızlara, o cümlədən onların əhatəsində olan icma üzvülərinə Bakı şəhərində növbəti seminar 

02- 03 fevral 2025-ci il tarixində iki günlük seminar maraqlı tərkibdə təşkil edildi. “Əlil Qadınlar Cəmiyyəti” 

İctimai Birliyi sədri Məhluqə xanım Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası 

haqqında iştirakçılara geniş məlumat verdi. 

Seminar Səhiyyə TV-nin ofisində təşkil olundu. 

Seminarın məqsədi:

Əlillyi olan qadınların və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə 

zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı

 yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını 

müzakirə etməkdir.

Seminar gün ərzində layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən həyata keçirildi.

Eyni zamanda onlar arasında pozitivliyin yaranması, həyata baxışların 

dəyişməsi üçün əlavə

 könüllülər də cəlb olundu.

 Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəllıq 

yaratdı.

 Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və 

cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verildi.

 Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürülərək, daha çox

 qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. 

Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlər  vacibliyi, 

həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, 

ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı.

 Onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulandı.
 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.
  
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQİB) mətbuat xidməti. 

Seminarda 45 nəfər iştirak etdi. 

02 və 03 fevral 2025

 

 

 

 




 

 





Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər