Tarix: 13-02-2025 19:14 | Bölmə: Sosial
“Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Quba şəhərində IV-cü Dəyirmi masa keçirildi.
Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlı layihəsinin dəstəyi ilə, proqram üzrə Quba rayonunda dəyirmi masa 13 fevral 2025- ci il tarixində keçirildi.
Dəyirmi masa Şanel oteldə keçirilmişdir. Dəyirmi masada dövlət qurumlarının, sosial, səhiyyə, məşğulluq, təhsil, İcra hakimiyyətinin əməkdaşları, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının təmsilçiləri iştirak ediblər. Dəyirmi masada müxtəlif hökümət, qeyri-hökümət və biznes təşkilatlarının iştirakı ilə maraqlı müzakirələr aparıldı. İştirakçılar tərəfindən altı aylıq müddətdə görülən işlərin slayd formatında təqdimatı keçirildi. Dəyirmi masanın həyata keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılması sahəsində tədbirlərin təşkilidir.
Dəyirmi masaya eyni zamanda Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Əlil Qadınlar Cəmiyyəti İB-nin Koordinasiya Şurasının sədri Nəhayət Şirinova, regionun ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları, Humanitar və sosial elmlər fakültəsinin dekanı s.m.i.e. Mürvət Əliyev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan s.m.i.e. Nübar Bayramova, icmaların üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova da qatılmışdır.
Dəyirmi masada “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova layihənin fəaliyyəti zamanı görülən işlərin nəticələri, həyata keçirilən tədbirlərdən, həllini tapmış problemlərdən, əlilliyi olan qız və qadınlara dəstəyini əks etdirən slayd təqdimatı ilə ətraflı məlumat verib. Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın region üzrə görülən işlərin təqdimatı dinlənilib. Dövlət qurumlarının əməkdaşları ilə birgə görülən işlər, həllini tapmış sahələr, nəticə etibarı ilə əlil qadınlara göstərilən xidmətlər barədə dəyirmi masa iştirakçılarına əhatəli məlumat təqdim edib. Layihə üzrə əlilliyi olan qadın və qızlara seminarların keçirilməsi üzrə təlimçi, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə seminarların nəticələri, əlilliyi olan qadınların öz hüquqlarını bilmələri, problemlərin həllində özlərinin fəallıq göstərmələrinin müsbət göstəricilərindən danışdı. Qusar və Xaçmaz rayonlarının koordinatorlarının hesabatları dinlənilib. Koordinasiya şurasının digər üzvləri tərəfindən birgə əməkdaşlığın müsbət nəticələri, görülən işlər haqqında hesabat təqdim edilib. Koordinasiya Şurasının üzvləri tərəfindən görülən işlərin müsbət göstəriciləri, birgə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib. Tədbirdə əlil qadın və qızların ictimai yerlərdə qarşılaşdıqları problemlər, onlara qarşı ayrıseçkilik və onların həlli yolları barədə iştirakçılar tərəfindən geniş müzakirələr aparıblar. Müzakirələrdə əlilliyi olan qadınlara qarşı həssas yanaşma, davranış qaydaları, onların qarşılaşdıqları problemlərin tez zamanda aradan qaldırılması kimi məsələlərə toxunulub. Əlilliyi olan qadınlara və qızlara "PROBLEMSİZ HƏYAT" devizi ilə, yaranan problemlərin həllində dəstək olmağın önəmliliyi vurğulanıb.Dəyirmi masada Quba, Qusar, Xaçmaz rayonlarının dövlət qurumlarının təmsilçiləri olan 35 nümayəndəsi iştirak etmişdir.
DM-da 35 nəfər iştirak edib.
13 fevral 2025-ci il tarixində Quba ş.
Baxış sayı: 71
Bölməyə aid digər xəbərlər