22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Məmurlara pornoqrafiyanı bəyənməyi və çılpaq fotoları dərc etməyi qadağan edib
Tarix: 11-04-2025 11:47 | Bölmə: Sosial

Surqut meri Maksim Slepov məmurlara sosial şəbəkələrdə pornoqrafik videoları və yazıları bəyənməyi qadağan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd şəhər administrasiyasının saytında dərc olunub.
Qadağa həmçinin əyləncə məkanlarından, spirtli içki və siqaret çəkərkən çılpaq fotoların və kadrların yayımlanmasına da şamil edilir. Bundan əlavə, işçilərə arxa fonda lüks avtomobillər və ya hər hansı digər lüks əşyalar olan fotoşəkilləri yerləşdirməyə icazə verilmir.
Məhdudiyyətlər bələdiyyə işçilərinin etik və rəsmi davranış kodeksində qeyd olunub.
“Digər istifadəçilər tərəfindən yayımlanan ekstremist, terrorçu, pornoqrafik və ya ayrı-seçkilik xarakteri daşıyan foto, video, audio və ya mətn materiallarını dərc etməyin, surətini çıxarmayın, yerləşdirməyin və bəyənməyin”, - sənəddə deyilir.
Bələdiyyə sədri qərarın icrasına şəxsən nəzarət etmək niyyətindədir.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
Dünən, 22:36 Polis reyd keçirib