19:30 / 13-04-2025
Tramvay təqaüdçünü vurub
22:36 / 12-04-2025
Polis reyd keçirib
Bütün xəbərlər
Qadın və uşaq asma körpüdən yıxılıb
Tarix: 08-04-2025 20:51 | Bölmə: Sosial

Zabaykalsk diyarının Nerçinski rayonunda qadın və uşağı güclü külək nəticəsində asma körpüdən yıxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Priiskovı kəndi ilə Mixaylovka kəndi arasındakı keçiddə baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaqçılar körpüyə xidmət göstərilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə hansı qurumun cavabdeh olduğunu müəyyənləşdirirlər.
Uşaq Nerçinsk Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir, ona bütün lazımi tibbi yardım göstərilir. Rusiya Federasiyasının İstintaq Komitəsinin Zabaykalsk diyarı üzrə mətbuat xidməti bildirib ki, qadın ölüb.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər
12-04-2025, 22:36 Polis reyd keçirib