Bütün xəbərlər
Misirdə tətildə olarkən nadir parazitlərə yoluxmuş uşaq xilas edilib
Tarix: 28-03-2025 16:45 | Bölmə: Sosial

  Moskva vilayətinin Ramenskoye şəhərində regional xəstəxananın həkimləri 5 yaşlı uşağa vaxtında nadir parazitar xəstəlik diaqnozu qoyaraq onu xilas ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, körpənin Misirdəki tətilindən sonra qarın ağrısı, dəri səpgiləri və yüksək hərarət yaranıb. Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müayinə və iltihablı appendiksin çıxarılması üçün cərrahi müdaxilədən sonra həkimlər orada nadir növ qurd - Ancylostoma aşkar ediblər.
"Təhlükə ondan ibarət idi ki, bu növ yumru qurd həzm sisteminə və ağciyərlərə təsir göstərir. Xüsusi müalicə olmadan infeksiya ölümcül ola bilər", - Ramenskoye xəstəxanasının uşaq cərrahiyyə şöbəsinin müdiri Vladimir Xabalov izah etdi.
Uşaq bir neçə gün reanimasiyada yatdı, sonra sağalmağa başladı.İndi körpə artıq evdədir.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər