Bütün xəbərlər
Moskva metrosunda kafe açılıb
Tarix: 23-03-2025 16:46 | Bölmə: Sosial


Moskva metrosunun "Nijeqorodskaya" stansiyasında yeni kafe açılıb, bu barədə paytaxtın Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva merinin müavini Maksim Liksutovun sözlərinə görə, gələcəkdə Moskva metrosunun digər stansiyalarında iaşə müəssisələrinin açılması planlaşdırılır.
"Biz Moskva meri Sergey Sobyaninin göstərişi ilə səyahətin rahatlığına xüsusi diqqət yetiririk", - rəsmi qeyd edib.
Kafedə isti və soyuq içkilər - çay və qəhvə, sendviçlər, qəlyanaltılar, kruvasanlar və digər çörək məhsulları təklif olunur.



Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər