Bütün xəbərlər
Yaşlı bir kişidən bir ton spirt, silah, narkotik tapılıb
Tarix: 20-03-2025 21:54 | Bölmə: Sosial

Hüquq-mühafizə orqanları Arxangelsk vilayətinin 62 yaşlı sakinindən 160-dan çox qutu spirt, narkotik və silah götürüblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qadağan olunmuş əşyaların və döyüş sursatlarının qanunsuz saxlanılması maddələri ilə cinayət işi açılıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları ona məxsus qeyri-yaşayış binasına baxış zamanı oradan çəkisi təxminən 60 qram olan marixuana, sintetik narkotik vasitə, həmçinin odlu silah üçün 12 ədəd 9 mm-lik patron və tapança götürüblər”, - deyə, məlumatda bildirilir.
Həmçinin, yaşayış olmayan binanın yaxınlığında, ehtimal ki, etil spirti olan 160-dan çox kanistr aşkar edilib.
Yaşlı kişinin yaşadığı ünvandan qeydiyyatda olan ov tüfəngi aşkar edilsə də, seyfdə saxlanmayıb.
Hazırda bütün halların müəyyən edilməsi üçün ballistik və kimyəvi ekspertizalar təyin edilib. İstintaq davam edir.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər