Bütün xəbərlər
Saray körpüsü açıldı - Fotolar
Tarix: 18-03-2025 15:04 | Bölmə: Sosial

                saray-korpusu-acildi



Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sosial şəbəkə hesabında paylaşım edib. 
Yenidənqurmadan sonra körpüdə avtomobillər üçün 4 hərəkət zolağı ilə yanaşı, piyadaların da hərəkəti üçün şərait yaradılıb.
Qeyd edək ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla, 4 hərəkət zolağı var.








Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər