Bütün xəbərlər
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Tarix: 15-03-2025 23:29 | Bölmə: Sosial
milli-meclisin-deputati-vuqar-rehimzade-ordubadda-sechicileri-ile-novbeti-gorushunu-kechirib-foto-2

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Sabirkənd kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Aza, Azadkənd, Darkənd və Qoşadizə kəndlərindən olan seçicilər də iştirak ediblər.



Deputat görüşlərdə seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı, həmçinin Sabirkənddən olan şəhidlər Rəfiyev Əmin Həsən oğlunun və Hüseynov Ülvü Möhsün oğlunun, Darkənddən olan şəhid Məmmədəliyev Saday Rza oğlunun, Azad kəndindən olan şəhid Xəlilli Namiq Həsən oğlunun ailələrini evlərində ziyarət edib. Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Millət vəkili, həmçinin Azadkəndin ən yaşlı sakini 92 yaşlı Səlimov İsmayıl Qəzənfər oğlunu da evində ziyarət edib.




























Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər