Bütün xəbərlər
Liseydə yoluxanların əksəriyyətində norovirus aşkar edilib
Tarix: 12-03-2025 21:44 | Bölmə: Sosial

Yekaterinburqda Ural Federal Universitetinin ixtisaslaşdırılmış tədris və elm mərkəzində xəstə tələbələrin əksəriyyətində norovirus aşkarlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti üzrə Rospotrebnadzor administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, norovirus iki qida xidmətinin əməkdaşında da aşkarlanıb.
Qurumun məlumatına görə, kəskin bağırsaq infeksiyasına yoluxanların sayı 34-ə çatıb.
Şöbənin mütəxəssisləri iaşə şirkətinin təşkilatçısı “İctimai iaşə” MMC-nin işində çoxsaylı qanun pozuntuları aşkar ediblər. O cümlədən, binalar, avadanlıqlar və inventarlar qeyri-qənaətbəxş sanitar vəziyyətdə saxlanılıb, xammal və hazır məhsulların saxlanması şəraitinə əməl olunmayıb.
Şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.Təhsil müəssisəsi müvəqqəti olaraq distant iş formatına keçib.
Bundan əvvəl Rusiya Federasiyasının regional İstintaq Komitəsi kütləvi zəhərlənmə ilə bağlı sanitar-epidemioloji qaydaların pozulması ilə bağlı cinayət işi açıb.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər