19:36 / 25-02-2025
Xalq artisti vəfat edib
Bütün xəbərlər
Məhkəmə gözəllik salonu əməkdaşını boyun nahiyəsindən bıçaqlayan təcavüzkarı həbs edib
Tarix: 26-02-2025 15:42 | Bölmə: Sosial

Sankt-Peterburqun Moskva Rayon Məhkəməsi gözəllik salonunun əməkdaşını zorlayaraq boyun nahiyəsindən bıçaqlayan, sonra isə hadisə yerindən qaçan Ruslan Uraimov barəsində aprelin 23-dək həbs qətimkan tədbiri seçilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin vahid mətbuat xidməti məlumat yayıb.
Kişi öldürmə hədəsi və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə birlikdə zorlama və zorakılıq xarakterli cinsi hərəkətlərdə ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi, 132-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi).
Hadisə fevralın 23-də Moskva vilayətində "Nyu-York" gözəllik salonunda baş verib.Hadisədən sonra zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Yanvarın 24-də hadisəni törədən şəxs polisdən gizləndiyi dostunun mənzilində saxlanılıb.
“Fontanka” nəşrinin yazdığına görə, hücum edən 39 yaşlı kişi, qurbanın keçmiş sevgilisi olub, ayrıldıqdan sonra uzun müddət onu təqib edirdi.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb