Bütün xəbərlər
“Kraft&Burger” kafesində 8 nəfər zəhərlənib
Tarix: 19-02-2025 09:10 | Bölmə: Sosial

Xabarovsk Kraft&Burger şəbəkəsində kütləvi zəhərlənmə baş verib - səkkiz nəfər tibbi yardıma müraciət edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə barədə Rospotrebnadzorun Xabarovsk diyarı üzrə idarəsi məlumat yayıb.
Qeyd olunur ki, kafedə epidemioloji araşdırma aparılıb. Yoxlama zamanı Promışlennaya və Turgenev küçələrində yerləşən kafelərdə çoxsaylı qanun pozuntuları aşkar edilib: işçilərin tibbi kitabçaları olmayıb, məhsullar qaydalara uyğun saxlanılmayıb, kafelərdə gündəlik olaraq dezinfeksiya və yuyucu vasitələrlə təmizlik aparılmayıb.
Hazırda müəssisə bağlanıb.200 kiloqramdan çox ərzaq və xammal dövriyyədən çıxarılıb.
Artıq nəzarət orqanı iaşə obyektlərinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə sənədlər hazırlayıb.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb