Bütün xəbərlər
Alman Peukert ailəsi Almaniyadakı iqtisadi problemlərə görə Rusiyaya köçüb
Tarix: 16-02-2025 13:02 | Bölmə: Sosial

İrina Peukert və əri Hans-Yörq Almaniyadan Nijni Novqoroda köçdü. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Rossiya 1” telekanalına müsahibəsində qadın bu addımın əsas səbəbinin Almaniyada artan iqtisadi problemlər olduğunu bildirib.
İrina Peukert milliyyətcə rusdur, lakin 20 ildən çoxdur Almaniyada yaşayır. Onun sözlərinə görə, Avropa ölkəsi artıq bir neçə ildir ki, çətin iqtisadi vəziyyət yaşayır.
"Əvvəlcə "korona" (koronavirus pandemiyası - Red.) oldu, sonra inflyasiya başladı, faizlər artmağa başladı, sonra ipotekalar artmağa başladı, sonra insanlar işdən qovulmağa başladılar və onlar ev almağı dayandırdılar. Hələ də onları almayıblar və yaxın 10 ildə onları almağa başlayacaqlarını düşünmürəm", - Peukert bildirib.
Onun həyat yoldaşı Hans-Yörq qeyd edib ki, köçmək üçün Rusiyanı seçiblər, çünki “burada asan və rahatdır”.
Son bir ildə Kanada, ABŞ və Almaniyadan 10 ailə Nijni Novqorod vilayətinə köçüb. Xüsusi işə götürmə agentliyi əcnəbilərə köçməkdə, lazımi sənədləri hazırlamaqda, miqrantların işlə təmin olunmasında köməklik etməkdə və hüquqi məsələlərdə onlara məsləhət verməkdə köməklik göstərir.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb