Bütün xəbərlər
Bir ticarət mərkəzində uşaqlar nalayiq davranaraq yanğınsöndürmə sisteminin düyməsini sıxıblar
Tarix: 14-02-2025 17:13 | Bölmə: Sosial

Kurskdakı ticarət mərkəzində bəzi nadinc oğlanlar yanğınsöndürmə sistemini işə salmaq üçün düyməni basıblar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Kurskda ticarət mərkəzində yanğınsöndürmə sistemi işə salınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri kəşfiyyat zamanı hər hansı yanğın aşkar etməyib", - məlumatda deyilir.
Daha sonra idarənin əməkdaşları videokameralara baxdıqdan sonra düyməni uşaq tərəfindən basıldığını aşkar ediblər. Sistem işə salındıqda uşaqlar qaçıblar.
Fövqəladə Hallar Nazirliyi valideynlərə xatırladıb ki, belə düşünülməmiş hərəkətlər ağır nəticələrə səbəb ola biləcəyi üçün uşaqlara evdə və ictimai yerlərdə davranış qaydaları barədə məlumat vermək lazımdır.
Xuliqanların valideynləri üçün hər hansı cəzanın olub-olmayacağı dəqiqləşdirilmir.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb