Bütün xəbərlər
Dubay sərnişininin üzərində 5 milyon rubl dəyərində daş-qaş tapılıb
Tarix: 14-02-2025 13:44 | Bölmə: Sosial

Domodedovo hava limanında Dubaydan gələn sərnişinin üzərində Rusiya Federasiyası Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları tərəfindən 5 milyon rubl dəyərində zinət əşyaları aşkar edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət işinin başlanması məsələsi həll edilir.
Skanerə baxış zamanı məşhur brendlərin bəyan edilməmiş zinət əşyaları aşkar edilib. Departamentdən verilən məlumata görə, söhbət 750 karatlıq qızıldan hazırlanmış və 323 brilyant qaşla bəzədilmiş Cartier saatı və Messika üzüyündən gedir. Sərnişin qızıl-zinət əşyasının ərinin hədiyyəsi olduğunu və dəyərini bilmədiyini bildirib.
Bu maddə ilə strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə cinayət işi açıla bilər.



Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb