Bütün xəbərlər
Ərzaq anbarından seyf oğurlayan oğrular tutulub
Tarix: 13-02-2025 09:36 | Bölmə: Sosial

Moskva vilayətində polis əməkdaşları Rusiya Milli Qvardiyasının döyüşçüləri ilə birlikdə anbardan 12 milyon rubl oğurlamaqda şübhəli bilinən 4 nəfərin saxlanılması üçün əməliyyat keçirib. Pul kassada və seyfdə idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, gecə saatlarında quldurlar Leninski şəhər rayonundakı ərzaq anbarının ərazisinə daxil olaraq, anbarın metal divarının bir hissəsini armatur qayçı ilə kəsiblər. Onlar lomdan istifadə edərək ofisin pəncərəsini zorla açıblar və təxminən 12 milyon rubl pul oğurlayıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilərin şəxsiyyətlərini müəyyən edə biliblər, onlar yaşadıqları yerlərdə saxlanılıblar”, - deyə, bildirilib.
Hadisəni törədənlər Moskva, eləcə də Moskva və Volqoqrad vilayətlərinin 37-45 yaşlı sakinləridir. Axtarışlar zamanı cib telefonları, 600 min rubl pul və cinayətin törədildiyi iddia edilən paltarlar götürülüb.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.Cinayətkarlar həbs edilib.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər