Bütün xəbərlər
Uşaqlar məktəb bufetində kotletlərdən zəhərləniblər
Tarix: 12-02-2025 12:54 | Bölmə: Sosial

Kamçatkada müstəntiqlər Petropavlovsk-Kamçatski məktəblərin birində uşaqların zəhərlənməsi ilə bağlı xəbərləri yoxlayır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Regional İstintaq Komitəsi məlumat yayıb.
Sosial şəbəkələrdə və bir sıra yerli KİV-lərdə 7 saylı orta məktəbdə şagirdlərin kütləvi şəkildə zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb. Uşaqlarda yeməkxanada səhər yeməyindən sonra zəhərlənmə əlamətlərinin yarandığı bildirilib.
“İlkin məlumatlara görə, bu il fevralın 12-də Petropavlovsk-Kamçatski şəhərindəki məktəblərin birində şagirdlər səhər yeməyinə kotlet yeyiblər, bundan sonra bir neçə uşaq mədə ağrıları hiss edib”, - idarədən qeyd ediblər.
Kamçatka diyarı prokurorluğunun məlumatına görə, uşaqların xəstəxanaya yerləşdirilməsi tələb olunmayıb, onlara ambulator müalicə təyin edilib.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
18-02-2025, 11:36 8 “KamAZ” yanıb